Bakupost saytına istinadən ain.az xəbər verir.
Rusiyada 1000-dən çox məktəbdə şagirdlərin Ukraynadakı müharibə iştirakçıları üçün avadanlıq hazırladığı məlum olub.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiyanın müstəqil media layihəsi “Vyorstka” tərəfindən aparılan araşdırmada bildirilir.
Araşdırma məktəblərin sosial şəbəkə səhifələrində yayımlanan 50 milyondan çox paylaşımın təhlili əsasında hazırlanıb. Nəticələrə görə, 77 regiondan azı 1017 məktəb əmək dərslərində (“Texnologiya” fənni) şagirdlərin hərbçilər üçün müxtəlif ləvazimatlar hazırladığını açıqlayıb.
Ən çox belə məktəblər Başqırdıstan, Krasnodar diyarı və Tatarıstan ərazilərində qeydə alınıb. Ən az göstərici isə Moskva şəhərində müşahidə olunub.
“Vyorstka” və “Ne Norma” layihəsinin hesablamalarına görə, müharibə dövründə məktəblilər tərəfindən ən azı 57 növ hərbi ləvazimat hazırlanıb. Bunlara maskalanma torları və kostyumlarından tutmuş corablar və səngər şamlarına qədər müxtəlif vasitələr daxildir.
Araşdırmada qeyd olunur ki, şagirdlərin bu işlərdən imtina etməsi faktiki olaraq mümkün deyil, çünki “Texnologiya” dərsləri məktəb proqramında məcburi fənn hesab olunur.
Cavid, BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.