AZ

Müctəbadan YENİ XƏBƏR – Elə açıqlama verildi ki…

İranın yüksək rütbəli rəsmisi ölkənin yeni rəhbərliyinin vəziyyəti ilə bağlı dünya mediasına mühüm bəyanatlar verib. “India Today” nəşrinə danışan İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai Ali Lider Müctəba Xameneinin səhhətinin stabil olduğunu və dövlət idarəçiliyində heç bir axsaqlığın yaşanmadığını vurğulayıb.

NOCOMMENT.az xəbər verir ki, Bəqai ölkənin müdafiə sisteminin tam gücü ilə çalışdığını bildirib: “Ali Lider özünü yaxşı hiss edir, dövlət mexanizmi isə saat kimi dəqiq işləyir. Ordumuz müdafiə strategiyamıza uyğun hərəkət edir, xalqımız isə xarici təcavüzə qarşı polad kimi birəşib”.

Xatırladaq ki, martın 8-də atasının yerinə Ali Lider seçilən Müctəba Xamenei İsrail və ABŞ-ın birgə hava hücumları zamanı xəsarət almışdı. Bu məlumatı daha əvvəl İtaliyanın “Corriere della Sera” qəzetinə təsdiqləyən İsmayıl Bəqai, yaralanma faktına baxmayaraq liderin iş başında olduğunu qeyd etmişdi.

Regionda gərginliyin xronologiyasına nəzər salsaq, hər şey fevralın 28-də İsrailin “qabaqlayıcı zərbə” endirməsi və ardınca Donald Trampın ABŞ-ın bu əməliyyata qoşulduğunu elan etməsi ilə başlayıb. Martın 1-də isə sabiq Ali Lider Əli Xameneinin həmin hücumlarda həlak olduğu rəsmən açıqlanmışdı.

Hazırda Yaxın Şərqdə hərbi və iqtisadi böhran davam edir. İranın qonşu ölkələrdəki ABŞ bazalarına raket zərbələri endirməsi bölgədə hava məkanının bağlanmasına, Hörmüz boğazında isə qlobal ticarət üçün kritik olan gəmi hərəkətinin iflic olmasına səbəb olub.

Sara,
NOCOMMENT.az

Seçilən
22
nocomment.az

1Mənbələr