AZ

Qaxda Novruz bayramı ilə əlaqədar ənənəvi at yarışları keçirilib

Qax rayonunun Əmbərçay kəndində Novruz bayramı ilə əlaqədar növbəti at yarışları təşkil olunub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, son 8 ildə 6-cı dəfə keçirilən bu yarışlarda Qax şəhəri, Qaradolaq və Əmbərçay kəndlərindən 30 çapar iştirak edib.

6 kilometr məsafəni əhatə edən mübarizənin qalibi Əmbərçay kənd sakini Sahib Muxtarov olub.

Yarışın sonunda mükafatçılara diplomlar, medallar və hədiyyələr verilib.

Seçilən
81
far.az

1Mənbələr