AZ

Parabadmintonçumuz İbrahim Əliyevdən İspaniyada gümüş medal

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Azərbaycanın parabadmintonçusu İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal əldə edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 20 yaşlı idmançı parabadmintonçuların birgə mübarizə apardığı qoşa yarışda (SU-5 kateqoriyası) fərqlənib.

Təmsilçimiz polşalı komanda yoldaşı Bartlomiej Mroz ilə birlikdə çıxış edərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
8
icma.az

9Mənbələr