AZ

Handedən ilk açıqlama gəldi

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Haqqında saxlanılma qərarı çıxarılan türkiyəli aktrisa Hande Erçel məsələ ilə bağlı ilk dəfə açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aktrisa sosial media hesabında paylaşım edib.

O, təhsil səbəbilə təxminən bir aydır xaricdə olduğunu bildirib: “Dünən gecə sizin kimi mən də mətbuatda yer alan xəbərlərlə tanış oldum. Məsələni aydınlaşdırmaq üçün ölkəmə qayıdaraq lazımi açıqlamaları və ifadəmi verəcəyəm. Ölkəsini sevən, dövlətinə və Türk ədalətinə güvənən biriyəm. Vəziyyətin ən qısa zamanda aydınlığa qovuşacağına inanıram”.

Xatırladaq ki, ötən axşam məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində “Beşiktaş”ın keçmiş prezidenti Fikret Orman, “Galatasaray”ın keçmiş prezidenti Burak Elmas, iş adamları Hakan Sabancı və Kerim Sabancı, eləcə də modellər Didem Soydan və Güzide Duran saxlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
4
qafqazinfo.az

5Mənbələr