AZ

Könül Kərimova ən böyük arzusunu gerçəkləşdirəcək

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Əməkdar artist Könül Kərimova ən böyük arzusunu gerçəkləşdirəcək. 

Axşam.az xəbər verir ki, müğənni bu haqda "Gün ortası" proqramında danışıb. O bildirib ki, uşaqlıqdan arzusu Xalq artisti Niyaməddin Musayevlə duet oxumaq olub:

"Ta uşaqlıq yaşlarımdan bunu istəyirdim. O qədər sevə-sevə Niyaməddin Musayevi dinləyirdim ki. İstəyirəm ki, tarixdə qalacaq bir duet oxuyaq. Nə qədər sağdır Niyaməddin Musayevin bildiklərindən istifadə etmək lazımdır".

N.Musayev "Mənimlə duet oxumaq öz istəyidir. Bir tarix olar. Onun nəğmələri onsuz da tarixdir" deyə, cavab verib. 

Müğənni Cabbar Musayev isə N.Musayevin məşhur mahnısından birini oxuyacaqlarını əlavə edib. 

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
4
axsam.az

5Mənbələr