AZ

“Mənə heç bir dərman kömək etmir, halsızam” - Ofeliya Sənani

“Bütün günü evdə oluram, çox halsızam. Bayramı da belə vəziyyətdə keçirmişəm. Artıq yaş öz sözünü deyir”.

Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Ofeliya Sənani deyib.

O bildirib ki, son günlər səhhəti ilə bağlı narahatlığı artıb:

“Bayramda da evdə oldum, övladlarım gəlib mənə baş çəkdi. Səhhətim bayram ab-havasında olmağa imkan vermir. Evin içində azca gəzən kimi başım fırlanır, tez gəlib divanda əyləşirəm. Bu yaşdan sonra düzələcəyimə gümanım yoxdur. Bundan sonra nə irəliləyiş olacaq ki... Qan təzyiqim tez-tez düşür, daha mənə heç bir iynə, dərman kömək etmir”.

Xatırladaq ki, 84 yaşlı Xalq artistinə bir müddət əvvəl infarkt diaqnozu qoyulmuşdu.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
28
2
musavat.com

3Mənbələr