AZ

“Sumqayıt”dan böyükhesablı qələbə: Bənövşə Əsədzadədən doqquz qolluq şou

ain.az, Idman.biz saytına istinadən bildirir.

Futbol üzrə Yüksək Qızlar Liqasında 17-ci turun oyunları keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Sumqayıt Futbol Akademiyası məlumat yayıb.

Bildirilib ki, tur çərçivəsində “Sumqayıt” FK “SOCAR Polymer Arena”nın ehtiyat meydançasında “Baku Juniors”la qarşılaşıb.

Görüş “Sumqayıt”ın tam üstünlüyü şəraitində keçib. Klub rəqibini 18:0 hesabı ilə məğlub edib.

Qələbədə Bənövşə Əsədzadə 9 qolla əsas pay sahibi olub. Aybəniz Əsgərzadə het-triklə yadda qalıb. Digər qolları isə Gültac Məmmədəliyeva, Ayşən Mirzəyeva, Nailə Əliyeva, Müjgan Seyidova, Jalə İldırımova və Leyla Həsənova vurublar.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
1
icma.az

2Mənbələr