Mia.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Son günlər sosial şəbəkələrdə və mesajlaşma platformalarında “Araz supermarket 15-ci ildönüm hədiyyələri” adı ilə saxta kampaniya yayılmaqdadır.
Mia.az xəbər verir ki, bu barədə Veysəloğlu Şirkətlər Qrupunun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, həmin saxta elanlarda istifadəçilərə linklər təqdim edilərək guya “15-ci ildönüm hədiyyələri” çərçivəsində müxtəlif mükafatlar, o cümlədən mobil telefonlar qazanmaq təklif olunur.
"Rəsmi olaraq bildiririk:
• “Araz supermarket 15-ci ildönüm hədiyyələri” adlı kampaniya tamamilə saxtadır;
• Bu məlumatların “Araz” supermarketlər şəbəkəsi ilə heç bir əlaqəsi yoxdur;
• Paylaşılan linklər dələduzluq məqsədi daşıyır və şəxsi məlumatlarınız üçün təhlükə yaradır.
Diqqət!
“Araz” supermarketlər şəbəkəsinin adından istifadə edilərək yayılan bu tip mesajlar vətəndaşların aldadılmasına yönəlib.
Vətəndaşlara tövsiyə edirik:
• Bu cür linklərə daxil olmayın;
• Şəxsi və bank məlumatlarınızı paylaşmayın;
• Bu mesajları silin və yayılmasının qarşısını alın.
“Araz” supermarketlər şəbəkəsi bütün kampaniyalarını yalnız rəsmi sayt və sosial media hesabları vasitəsilə elan edir".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.