AZ

Saxlanılma qərarına Hande Erçeldən İLK REAKSİYA FOTO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyəli aktrisa Hande Erçel barəsinə verilən saxlanılma qərarına münasibət bildirib.Bizim.Media xəbər verir ki, bu barədə aktrisa sosial media hesabında paylaşım edib.Hazırda xaricdə olduğunu bildirən Erçel saxlanılma qərarı ilə bağlı xəbəri mətbuatdan oxuduğunu bildirib:

 

“Məsələni aydınlaşdırmaq üçün ölkəmə qayıdaraq lazımi açıqlamaları və ifadəmi verəcəyəm. Ölkəsini sevən, dövlətinə və Türk ədalətinə güvənən biriyəm. Vəziyyətin ən qısa zamanda aydınlaşacağına inanıram”.

Xatırladaq ki, dünən İstanbul Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində “Beşiktaş”ın keçmiş prezidenti Fikret Orman, “Galatasaray”ın keçmiş prezidenti Burak Elmas, iş adamları Hakan Sabancı və Kerim Sabancı, eləcə də modellər Didem Soydan və Güzide Duran saxlanılıb.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
7
bizim.media

10Mənbələr