AZ

Sənaye sektoruna investisiyalar 30 faizdən çox artıb

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 1,195 milyard manat təşkil edib.

525.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 30,7% çoxdur.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 49,1%-ə bərabər olub.

Dövr ərzində mədənçıxarma sənayesinə 944 milyon manat (52,5% çox), emal sənayesinə 129,1 milyon manat (2,1 dəfə çox), elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatına 95 milyon manat ( 57,8% az), su təchizatı; tullantıların təmizlənməsi və emalına isə 27,4 milyon manat (3,3 dəfə çox) investisiya yönəldilib.

Qeyd edək ki, 2026-cı ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 436,4 milyon manat və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19,4 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 51,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 5,1 faiz çox olub.

Ümumi sərmayənin 1 milyard 434,0 milyon manatı və ya 58,9 faizi məhsul istehsalı sahələrinin, 794,7 milyon manatı (32,6 faizi) xidmət sahələrinin, 207,7 milyon manatı (8,5 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 28,9 faizi dövlət, 71,1 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.

Sərmayə qoyuluşunun 53,3 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 73,1 faizini təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
5
525.az

7Mənbələr