AZ

Azərbaycanda bu avtomobillərin idxalı vergidən azad edildi

Bu gündən raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV, aksiz və gömrük rüsumundan azad edilib.

Bununla bağlı Vergi Məcəlləsinə fevralın 13-də edilən dəyişikliklər martın 25-dən qüvvəyə minib.

Belə ki, hazırda qüvvədə olan qaydalara əsasən, mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir.

Qanuna əsasən, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcək:

idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi;
idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması.

Qeyd edək ki, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV, aksiz və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.

trend

Seçilən
20
34
banco.az

10Mənbələr