AZ

Xanım Baş nazir istefa verdi – Bu ölkədə

Danimarkanın Baş naziri Mette Frederiksen parlament seçkilərinin nəticələrindən sonra istefa verib.

NOCOMMENT.az xəbər verir ki, Frederiksen bu gün ölkənin dövlət başçısı X Frederik ilə görüşərək hökumətin istefasını rəsmi şəkildə təqdim edib.

Ekspertlər bildirirlər ki, Danimarka siyasi sistemində bu addım seçkilərdən sonra yeni hökumətin formalaşdırılması prosesinin başlanması üçün adi prosedur hesab olunur. Seçkilərdə sol blokun parlament çoxluğunu itirməsi Frederiksen kabinetinin istefasını qaçılmaz edib.

Baş nazirin vəzifədən getməsinə baxmayaraq, o, yeni hökumət formalaşana qədər müvəqqəti icraedici rəhbər qismində fəaliyyətini davam etdirəcək. Həmçinin Frederiksenin yenidən Baş nazir postuna namizəd ola biləcəyi ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Mette Frederiksen 2019-cu ildən bəri Danimarkanın Baş naziri vəzifəsini icra edirdi.

Aliyə

NOCOMMENT.az 

Seçilən
32
10
nocomment.az

10Mənbələr