ain.az, Bizim media saytına istinadən bildirir.
“Bütün günü evdə oluram, çox halsızam. Bayramı da belə vəziyyətdə keçirmişəm. Artıq yaş öz sözünü deyir”.Bizim.Media xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti Ofeliya Sənani deyib.O bildirib ki, son günlər səhhəti ilə bağlı narahatlığı artıb:“Bayramda da evdə oldum, övladlarım gəlib mənə baş çəkdi. Səhhətim bayram ab-havasında olmağa imkan vermir. Evin içində azca gəzən kimi başım fırlanır, tez gəlib divanda əyləşirəm. Bu yaşdan sonra düzələcəyimə gümanım yoxdur. Bundan sonra nə irəliləyiş olacaq ki... Qan təzyiqim tez-tez düşür, daha mənə heç bir iynə, dərman kömək etmir”.Xatırladaq ki, 84 yaşlı Xalq artistinə bir müddət əvvəl infarkt diaqnozu qoyulmuşdu.Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.