AZ

Tel Əvivdə qəribə mənzərə Qiyamət əlamətidir...

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təl-Əviv səmasında görünən qarğa sürüsü sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Şəhərin müxtəlif nöqtələrindən çəkilən görüntülərdə quşların kütləvi şəkildə eyni ərazidə toplaşması diqqət çəkib.İstifadəçilərin çoxu bu mənzərəni xoş olmayan əlamət kimi qiymətləndirib. Xüsusilə dini mətnlərə istinad edən bəzi şəxslər Bibliyadakı apokaliptik təsvirləri xatırladıblar. İnanc mənsubları bu tip hadisələrin böyük müharibə və dağıntıların xəbərçisi olduğunu iddia edirlər. Bölgədə gərginliyin davam etməsi fonunda simvolik və dini şərhlər daha sürətlə yayılmağa başlayıb.Ekspertlər isə vəziyyətə daha təmkinli yanaşmağı tövsiyə edirlər. Onların fikrincə, qarğaların şəhər üzərində sürü halında uçması mövsümi və ya ekoloji səbəblərdən qaynaqlana bilər. Alimlər bu cür təbiət hadisələrinin fövqəladə məna daşımadığını və quşların miqrasiya və ya qidalanma vərdişləri ilə bağlı ola biləcəyini qeyd edirlər.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
demokrat.az

1Mənbələr