AZ

Türkiyənin ilk yerli zirehli SUV avtomobillərinin təhvilinə başlanılıb

Bakı. Trend:

Türkiyənin ilk yerli zirehli SUV avtomobili “TULGA 4x4”ün təhvilverilməsi işlərinə başlanılıb.

Trend xəbər verir ki, bubarədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, Türkiyənin “BMC” şirkəti tərəfindən müvafiqlayihə çərçivəsində hazırlanan “TULGA 4x4” yoxlama fəaliyyətlərinivə taktiki qabiliyyət sınaqlarını uğurla başa çatdırıb. Daxilitəhlükəsizlik qüvvələrinin əməliyyat ehtiyaclarını qarşılamaqməqsədilə hazırlanan “TULGA 4x4” zirehli konstruksiyası, ballistikqoruma səviyyəsi və texnoloji avadanlıqları ilə təhlükəsizlik,davamlılıq və komfort xüsusiyyətlərə malikdir.

Təxminən 8 ton ağırlığa malik, 5 nəfərlik daşıma qabiliyyəti iləxidmət göstərəcək avtomobil müstəqil ikiqatqollu ön və arxa asqısistemi, eləcə də disk əyləc avadanlığı sayəsində həm çətin relyefşəraitində, həm də şəhər daxilində yüksək manevr qabiliyyəti təminedir. Dörd silindrli dizel mühərriki ilə işləyən, 250 at gücü təminedən avtomobil saatda maksimum 130 kilometr sürətə çata bilir.

Avtomobildə xüsusi dizayn edilmiş altlıq qoruması ballistiktəhdidlərə qarşı yüksək dayanıqlıq təmin edir.

Məqalədə:
Seçilən
10
7
az.trend.az

8Mənbələr