AZ

İranın ABŞ-yə şərtlər irəli sürməsi absurddur - Hərbi ekspert

"İranın davam edən müharibədə taleyi, ABŞ və İsrail qırıcılarının Tehran səmasında cəzasız bir şəraitdə sərbəst uçuşlar həyata keçirməyə başladığı gün həll edildi".

Bu barədə AzNews.az-a hərbi ekspert Ədalət Verdiyev açıqlama verib. O, deyib:

"Sonrakı günlər sadəcə İranın hərbi potensialını tükəndirmək və onu danışıqlar prosesində ABŞ ilə İsrailin tələblərinə ciddi yanaşmağa məcbur etmək məqsədi daşıyırdı.

ABŞ ilə İran hazırda birbaşa danışıqlar aparmır, prosesi Pakistanın müdafiə naziri əlaqələndirir. Türkiyə və Misir də danışıqlar prosesinə dəstək verir.

İranın ABŞ-yə şərtlər irəli sürməsi, can verən insanın son nəfəsdə yumruq sıxması kimi bir şeydir.

Seçilən
1
1
aznews.az

2Mənbələr