"Çelsi"nin gənc müdafiəçisi Coş Açamponq İngiltərə, İspaniya və Almaniya klublarının maraq dairəsinə düşüb.
Fanat.Az xəbər verir ki, məlumatı "Caught Offside" yayıb.
19 yaşlı futbolçu "Real Madrid" , "Liverpul", "Nyukasl" və "Borussiya Dortmund"un radarına düşüb.
"Çelsi" akademiyasının yetirməsi olan, həm müdafiənin mərkəzində, həm də sağ cinahda oynaya bilən Açamponqu toxunulmaz hesab etsə də, sərfəli təklifə "yox" deməyəcək. London klubu onu 25-30 milyon avroluq təklif qarşılığında satmağa isti yanaşır.
Açamponqun "zadəganlar"la müqaviləsinin müddəti 30 iyun 2029-cu ilə qədərdir. O, bu mövsüm 24 oyunda 2 qol vurub.