AZ

Biləsuvarda yol qəzasında 4 nəfər xəsarət aldı

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Publika.az xəbər verir ki, hadisə yeni Ələt–Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

İki minik minik avtomobilinin toqquşması nəticəsində avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan və Biləsuvar rayon xəstəxanalarına aparılıblar.

Hər iki avtomobil hadisə zamanı Astara istiqamətində hərəkətdə olub.

Seçilən
23
3
publika.az

10Mənbələr