AZ

Gəncədə dəhşətli hadisə

Gəncədə qadın körpüdən yıxıldı: vəziyyəti ağırdır

Gəncədə bədbəxt hadisə baş verib. Hadisə şəhərin çıxışında yerləşən Nizami məqbərəsi yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, orta yaşlı qadın məqbərənin yaxınlığındakı körpüdən yıxılıb. Hadisədən dərhal sonra o, xəstəxanaya çatdırılıb və tibbi yardım göstərilib.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata əsasən, 2002-ci il təvəllüdlü qadın saat 14:10 radələrində Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona baş, döş qəfəsi və qarın boşluğunun dəqiqləşdirilməmiş travmaları diaqnozu qoyulub.

Həkimlər tərəfindən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən qadının müalicəsi hazırda müvafiq şöbədə davam etdirilir.

Seçilən
13
aznews.az

1Mənbələr