AZ

Gənəyə qarşı vaksin 70% effektivlik göstərdi

ain.az, Saglamolun portalına istinadən məlumat yayır.

KLİNİK SINAQLAR ÜMİDVERİCİ NƏTİCƏ GÖSTƏRDİ

Laym xəstəliyinə, yəni yoluxmuş gənələrin dişləməsinə qarşı hazırlanmış yeni vaksin klinik sınaqlarda yüksək effektivlik nümayiş etdirib. “Euronews”un məlumatına görə, ABŞ-ın Pfizer və Fransanın Valneva şirkətləri tərəfindən hazırlanmış vaksin qarşısının alınmasında 70 faizdən çox təsir göstərib.Məlumata əsasən, III faza klinik sınaqları zamanı vaksin 5 yaşdan yuxarı şəxslərdə Laym xəstəliyinin qarşısını almaqda 73,2 faiz effektivlik göstərib. Tədqiqatda Avropa, Kanada və ABŞ-dan ümumilikdə 9400-ə yaxın sağlam könüllü iştirak edib. Laym xəstəliyi yoluxmuş gənələrin dişləməsi ilə ötürülən bakterial infeksiyadır. Xəstəlik əsasən qızdırma, baş ağrısı, yorğunluq və dəri səpgisi ilə özünü göstərir və vaxtında müalicə olunmadıqda ciddi fəsadlara səbəb ola bilər.Hazırda bu xəstəliyə qarşı insanlar üçün təsdiqlənmiş vaksin mövcud deyil. Qeyd olunur ki, vaksinlərin təsdiqi üçün əsas meyarlardan biri xəstəlik riskinin ən azı 20 faiz azaldılmasıdır. Son nəticələrdə bu göstərici 21,7 faiz həddini keçərək tələb olunan minimum səviyyəni təmin edib.Mənbə: Euronews

Saglamolun.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
saglamolun.az

1Mənbələr