AZ

Qarabağa səfərdə iştirakçılar dağıntılar və bərpa işlərini müşahidə edəcəklər - Hari Mitsidis

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurası bu gün, 25 mart tarixində keçirilən təcili debat çərçivəsində İran tərəfindən həyata keçirilən hərbi hücumları kəskin şəkildə pisləyən qətnamə qəbul edib. Səudiyyə Ərəbistanı Krallığının Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri və İordaniya ilə əməkdaşlıq çərçivəsində hazırladığı sənəd Şura tərəfindən yekdilliklə təsdiqlənib.

AzerVoice xəbər verir ki, qəbul edilmiş qətnamə rəsmi Tehranın beynəlxalq hüquq normalarını kobud şəkildə pozmasını və regional təhlükəsizliyə təhdid yaratmasını rəsmi şəkildə qeydə alıb.

Qətnamədə əksini tapan əsas tələblər

Sənəddə beynəlxalq ictimaiyyətin İran qarşısında qoyduğu aşağıdakı fundamental tələblər yer alıb:

İranın həyata keçirdiyi hücumlar dövlətlərin suverenliyi və ərazi bütövlüyünün pozulması, habelə beynəlxalq sülh və təhlükəsizliyə ağır zərbə kimi qiymətləndirilib. Bu xüsusda məsuliyyətin təmin edilməsi vacibliyi vurğulanıb.

Hörmüz boğazında beynəlxalq naviqasiyaya müdaxilə və Bab əl-Məndəb boğazında dəniz təhlükəsizliyinə qarşı hər hansı təhdid və ya hərəkət pislənilib.

İranın enerji obyektlərini hədəf alması və bunun ətraf mühit hüquqlarına, o cümlədən təhlükəsiz və təmiz mühitdə yaşamaq hüququna vurduğu zərər ciddi narahatlıqla qeyd edilib.

İranın BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinin tələblərinə dərhal və tam şəkildə əməl etməsi tələb olunub.

Hücumların qlobal ticarətə, inkişafa və ərzaq təhlükəsizliyinə yaratdığı risklərin azaldılmasının zəruriliyi qeyd edilib.

İran tərəfindən zərərçəkmiş ölkələrdəki bütün qurbanlara, dəymiş maddi ziyan və xəsarətlərə görə dərhal və effektiv kompensasiya ödənilməsi tələb edilib.

Qətnamənin yekdilliklə qəbul edilməsi İslam dünyası və beynəlxalq birliyin İranın son hərbi fəaliyyətlərinə qarşı vahid mövqedən çıxış etdiyini nümayiş etdirir. Ekspertlərin fikrincə, bu sənəd həm də qlobal logistika zəncirinin və enerji dəhlizlərinin qorunması üçün mühüm hüquqi baza rolunu oynayacaq.

Seçilən
18
turkic.world

1Mənbələr