AZ

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə gümüş medal qazandı

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev İspaniyada keçirilən beynəlxalq turnirdə mükafatçılar sırasında yer alıb.

90deqiqe.Az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, 20 yaşlı idmançı Vitoriya-Qasteys şəhərində təşkil olunan yarışda SU-5 kateqoriyası üzrə qoşa mübarizədə çıxış edib. O, polşalı Bartlomey Mroz ilə tərəfdaşlıq edərək turnirin gümüş medalını qazanıb.

Beləliklə, Azərbaycan parabadmintonçusu növbəti beynəlxalq uğurunu aktivinə yazdırıb.

Seçilən
15
90deqiqe.az

1Mənbələr