Bu gün Zərdabda yol qəzasında xəsarət alan 4 nəfərdən biri dünyasını dəyişib.
APA-nın yerli bürosunun xəbərinə görə, xəsarət alan Mütəllim Mütəllimov Zərdab Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
***
13.27
25.03.2026-cı il saat 11:10 radələrində Zərdab rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (1 qadın, 3 kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin sınığı diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən 3 nəfərin (2 kişi, 1 qadın) müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
1951-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə zamanı 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
***
10.42
Zərdabda yol qəzasında ölən və xəsarət alanların adları açıqlanıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində 2 nəfər - Nəsibov Rasim Yaqub oğlu və Nəsibova Paket Kamran qızı ölüb, 4 nəfər - Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Nəsibova və Mütəllim Mütəllimov xəsarət alıb.
***
09.56
Zərdabda yol qəzası olub, ölən və xəsarət alan var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Əlvəd kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Hyundai Santa Fe” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.
Fakt araşdırılır.