AZ

Hakan Fidan Çinin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin xarici işlər naziri Hakan Fidan Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə telefon danışığı aparıb.

TurkicWorld xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, müzakirələrin əsas mövzusu müharibənin dərhal dayandırılması və qlobal tədarük zəncirlərinin qorunması olub.

Hakan Fidan və Çinli həmkarı Van İ arasında keçirilən görüşdə aşağıdakı strateji məqamlar vurğulanıb:

Bölgədəki hərbi əməliyyatların bir an əvvəl sona çatdırılmasının zəruriliyi qeyd edilib.

Nəqliyyat xətlərinin, enerji təchizatının və tədarük zəncirlərinin kəsilmədən fəaliyyət göstərməsinin qlobal iqtisadiyyat üçün kritik əhəmiyyət daşıdığı bildirilib.

Münaqişənin həlli istiqamətində atılan addımlar və gələcək əməkdaşlıq imkanları qiymətləndirilib.

Seçilən
24
turkic.world

1Mənbələr