AZ

Bakının bəzi yolları təmir edilirVİDEO

Bayram tətili günlərində yollarda nəqliyyatın az olması səbəbi ilə yollarda təmir işlərinə start verilib. Bir neçə gündür aparılan təmir işləri əsasən zərurət yaranan ərazilərdə aparılır.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Kənar Dairəvi yolunda köhnə asfalt qaşınaraq kənara daşınıb. Yola yeni asfalt döşənir.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu cür işlər paytaxt ərazisində 5 gün davam edəcək.

Yolun təmir aparılan zolaqları nəqliyyat üçün bağlıdır.

İş icraçıları bildirdilər ki, işin 70 faizə yaxını tamamlanıb.

Belə təmir işi paytaxtın Yusif Səfərov küçəsində də aparılır. Burda da şəhərin mərkəzinə doğru yolun sağ zolağında köhnə asfalt yenisi isə əvəzlənir. 

İş icraçısı bildirdi ki, növbəti mərhələdə üfiqi nişanlama və yol cizgi xətlərinin çəkilməsi işləri aparılacaq.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Abbasqulu ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, eləcə də Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində təmir işləri aparılır.

Martın 26-sı saat 22:00-dək hər iki istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən bu müddət ərzində həmin yollarda diqqətli olmaları və qoyulan müvəqqəti nişanların tələblərinə əməl etmələri xahiş edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
14
xezerxeber.az

1Mənbələr