AZ

Zərdabda ağır QƏZA:  Ölənlərin sayı 3-ə çatdı - YENİLƏNİB

Bu gün Zərdabda yol qəzasında xəsarət alan 4 nəfərdən biri dünyasını dəyişib.


Manset.az APA-ya istinadən xəbər verir ki, xəsarət alan Mütəllim Mütəllimov həkimlərin səyinə baxmayaraq, Zərdab Rayon Mərkəzi Xəstəxanasında ölüb.

***

13:39

25.03.2026-cı il saat 11:10 radələrində Zərdab rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (1 qadın, 3 kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Zərdab Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin sınığı diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən 3 nəfərin (2 kişi, 1 qadın) müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

1951-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, hadisə zamanı 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

11:56

Zərdabda yol qəzası olub, ölən və xəsarət alan var.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əlvəd kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai Santa Fe” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.

Fakt araşdırılır.

Seçilən
3
4
manset.az

6Mənbələr