AZ

Qiyməti əl yandıran uşaq qidaları: Niyə bahalıdır? VİDEO

Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

90, 110, hətta 120 manata uşaq yeməkləri... Özü də cəmi 400, yaxud 800 qramı. Bu isə bir uşağa uzağı bir həftə bəs edir...

Bakupost.az "Xəzər xəbər"ə istinadla xəbər verir ki, Paytaxt sakinləri deyirlər ki, uşaq qidalarının qiyməti ilə yanaşı, keyfiyyəti də önəmlidir.

Apteklərdən bildirildi ki, istər marketlərdə, istərsə də apteklərdə satılan uşaq qidalarının qiyməti qablaşmasına, keyfiyyətinə, tərkinbindəki konservat maddələrə görə dəyişir.

Qeyd edilir ki, karton qutudakı uşaq yeməyi dəmir qablaşdırmaya nisbətən ucuzdur. Üumilikdə isə bazarda 100 manatdan baha uşaq qidası olduğu kimi, 10 manat civarındakına da rast gəlmək mümkündür.

Uşaq qidalarının rəsmi distribütorları ilə də əlaqə yaratdıq. Bildirildi ki, bu qidaların tərkibinə görə qiymətləri fərqlənir. Xüsusilə tərkibində keçi südü olan qidalar daha yüksək qiymətədir.

İqtisadçı Rəşad Həsənov bildirdi ki, uşaq qidaları sahəsində ölkə 100 faiz idxaldan asılıdır. Yerli istehsal yoxdur. Həmin qidalar istehsal edildiyi ölkələrdə də baha başa gəlir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
6
www.bakupost.az

7Mənbələr