AZ

Tehran ABŞ-ni yeni cəbhələrlə hədələyir: Babülməndəb boğazı bağlana bilər

İranın “Tasnim” xəbər agentliyinə danışan hərbi mənbə, ABŞ-nin İrana qarşı hər hansı quru və ya dəniz əməliyyatına başlayacağı təqdirdə (xüsusilə Xark adasının zəbt edilməsi cəhdi) Tehranın yeni cəbhələr açacağı ilə bağlı xəbərdarlıq edib.

Mənbə qeyd edib ki, Vaşinqtonun Hörmüz boğazı məsələsini güc yolu ilə həll etmək istəyi bölgədə daha genişmiqyaslı dəniz böhranına yol açacaq.

NOCOMMENT.az xəbər verir ki, agentliyin həmsöhbəti Tehranın strateji addımlarını belə izah edib:

“Hörmüz boğazı problemini güclə həll etmək cəhdi Babülməndəb boğazında yeni bir dəniz böhranına səbəb ola bilər”.

Hərbi mənbənin sözlərinə görə, İran eskalasiyaya tam hazırdır və ABŞ-ın hərbi müdaxiləsi yalnız Hörmüzlə məhdudlaşmayacaq, bütün regionun su yollarını təhlükə altına salacaq. Analitiklər hesab edirlər ki, bu, İranın müttəfiq qüvvələr vasitəsilə Qırmızı dənizdəki gəmiçilik yollarını tamamilə iflic etmək niyyətindən xəbər verir.

Aygün

 

 

Seçilən
66
nocomment.az

1Mənbələr