AZ

Netanyahu mediaya XƏBƏRDARLIQ etdi: “İrana qarşı kampaniya…” – VİDEO

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, bəzi media qurumlarının gərginliyin azaldılması və ya danışıqların başlaması barədə yaydığı məlumatlara baxmayaraq, İsrailin İrana qarşı hərbi kampaniyası dayandırılmayıb.

O, İsrail ordusunun və kəşfiyyatının hədəflərinə çatmaq üçün əməliyyatları plan üzrə davam etdirdiyini vurğulayıb.

KONKRET.az xəbər verir ki, Netanyahu “hələ hər şey bitməyib” mesajını verərək, Tehrandakı rejimin hərbi və nüvə potensialını sıradan çıxarmaq üçün yeni zərbələrin an məsələsi olduğunu qeyd edib. O, İsrailin strateji maraqlarının tam təmin olunana qədər geri addım atmayacağını bir daha bəyan edib.

Qeyd edək ki, İsrail rəhbərliyi son günlər həm Livan, həm də İran istiqamətində hava hücumlarını intensivləşdirib. Baş nazirin bu çıxışı bölgədə sülh ümidlərinin hələlik uzaq olduğunu göstərir.

Natiq Səlim,
KONKRET.az

Seçilən
54
konkret.az

1Mənbələr