Azərbaycanın gənc stolüstü tennisçiləri bu gün Qazaxıstana yola düşüblər.
Apasport.az xəbər verir ki, seçmə komanda Aktobe şəhərində təşkil olunacaq Avrasiya Liqası yarışında mübarizə aparacaq.
Gənclərdən ibarət seçmə komandanın baş məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə martın 27-də Aktobe sınaqlarına qatılacaq.
Yarışın ilk turuna martın 30-da yekun vurulacaq.
Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komanda anoloji yarışda debüt edib. 8 oyundan 7-də qələbə qazanan Azərbaycan seçməsi ilk turun nəticələrinə əsasən ikinci pillədə qərarlaşıb.
Stolüstü tennisçilərimiz Almaniya və Çexiyada beynəlxalq turnirlərdə iştirak edəcəklər
Ölkə çempionları bəlli olub
Ölkə çempionatında komanda yarışının qalibləri bəlli olub
Stolüstü tennis üzrə ölkə çempionatına start verilib
Stolüstü tennis üzrə "Baku Open" turniri keçiriləcək