AZ

Ailə qəzaya düşüb, ölənlər və yaralananlar varVİDEO

Tərtərdə ağır xəstəni xəstəxanaya aparan ailə üzvləri qəzaya düşüb, iki qardaş dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Tərtər rayonu ərazisində olub. Goranboyun Əlirzalı kənd sakini Nəsrəddin Ağayevi xəstəxanaya aparan onun qardaşı, oğlu və gəlininin olduğu avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı Nəsrəddin və Yunis Ağayevlər hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan iki nəfər ağır bədən xəsarətləri alıb.

Tərtər Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər  hospitalizasiya olunub.

Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hər iki pasiyentə ilkin tibbi yardım göstərilib və Gəncə Beynəlxalq Xəstəxanasına göndərişlə təmin olunublar.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
39
xezerxeber.az

1Mənbələr