AZ

​Məşhur aktrisa narkotik ittihamı ilə saxlanıldı

Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı davam edir. Metbuat.az xəbər verir ki, polis İstanbulda 16 fərqli ünvanda əməliyyat keçirib. Əməliyyat çərçivəsində 14 nəfər şübhəli şəxs qismində saxlanılıb. Həbs edilənlər arasında Türkiyənin məşhur aktrisası Tugçe Özbudak da var. O, narkotik maddə istifadə etməkdə, saxlamaqda və başqalarını təmin etməkdə ittiham olunur.

Qeyd edək ki, Tuğçe Özbudak "Adanalı" serialında canlandırdığı Pınar obrazı ilə məşhurlaşıb. 43 yaşlı aktrisa ölkəsində ən populyar sənətçilərdən biri hesab olunur.

Seçilən
81
metbuat.az

1Mənbələr