AZ

İran ABŞ-yə qarşı beş şərt irəli sürdü

İran ABŞ-nin Yaxın Şərqdə münaqişənin başa çatdırılması təklifinə mənfi reaksiya verib və cavab olaraq öz tələblərini irəli sürüb.

Moderator.az bu barədə "PressTV" telekanalına istinadən xəbər verir.

"İranın müharibəni dayandırmağa razı olacağı bir sıra konkret şərtlər var. Düşmən tərəfindən təcavüzün və qətllərin tamamilə dayandırılması və İrana qarşı müharibənin bərpa edilməyəcəyinə dair konkret mexanizmlərin yaradılması", - deyə telekanal adı açıqlanmayan İran rəsmisinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, ümumilikdə beş şərt var. Bundan əlavə, İran Vaşinqtondan hərbi zərərin kompensasiya edilməsini, bütün iştirakçı tərəflər üçün bütün cəbhələrdə müharibənin başa çatdırılmasını və İranın Hörmüz boğazı üzərində hakimiyyət hüququnun beynəlxalq səviyyədə tanınmasını tələb edir.

O əlavə edib ki, Tehran ABŞ-nin göstərişi ilə hərəkət etməyəcək, müharibənin başa çatdırılması qərarını yalnız sadalanan şərtlər yerinə yetirildiyi təqdirdə qəbul edəcək:

"ABŞ-nin müxtəlif kanallar vasitəsilə İrana göndərdiyi sülh təklifləri "reallıqdan tamamilə uzaqdır", - deyə mənbə bildirib.

Seçilən
17
39
moderator.az

10Mənbələr