İsrailin paytaxtı Təl-Əvivin səmasında gün ərzində yüzlərlə qarğanın eyni anda uçuşu müşahidə olunub.
Musavat.com xəbər verir ki, bu qeyri-adi mənzərə həm yerli sakinlər, həm də sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub.
Şahidlərin sözlərinə görə, qarğalar uzun müddət eyni ərazi üzərində dövrə vuraraq sanki koordinasiyalı şəkildə hərəkət ediblər. Bu isə hadisəyə mistik çalarlar verən şərhlərin artmasına gətirib çıxarıb.
Bəzi istifadəçilər bu hadisəni Tövrat-da qarğanın uğursuzluq və mənfi hadisələrlə əlaqələndirilməsi ilə bağlayaraq müxtəlif versiyalar səsləndiriblər.
Musavat.com