Avropa İttifaqı və Çin iki ildən sonra ilk dəfə hərbi məsləhətləşmələr aparıb.
APA xəbər verir ki, bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidməti məlumat yayıb.
Məlumata görə, martın 24-də Brüsseldə təhlükəsizlik və müdafiə üzrə məsləhətləşmələrin 15-ci raundu keçirilib.
Görüşdə Ukrayna, İran və Cənubi Çin dənizindəki vəziyyət, eləcə də silahsızlanma, nüvə silahlarının yayılmaması və kosmos təhlükəsizliyi məsələləri müzakirə olunub.
Aİ tərəfi Çindən Ukrayna münaqişəsinin dayandırılması üçün Rusiyaya təsir göstərməsini istəyib, həmçinin Pekinin regionda, o cümlədən Tayvan boğazında gəmiçiliyin təhlükəsizliyinə görə məsuliyyət daşıdığını vurğulayıb.
Əvvəlki məsləhətləşmə raundu 2024-cü ildə Pekində keçirilib.