AZ

Lalə Kramarenko Rusiya bədii gimnastika yığmasına daxil edilib

Lalə Kramarenko Rusiya milli bədii gimnastika komandasının heyətinə daxil edilib.

İdman.Biz-in Rusiya Gimnastika Federasiyasının (RGF) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, o, ehtiyat idmançılar arasındadır.

Əsas heyətə Anastasiya Borisova, Eva Kononova, Arina Kovşova və Anastasiya Vlasenko daxildir. Varvara Toporova komandadakı yerini itirib.

Bundan əvvəl, 2024-cü il Rusiya çempionu və bədii gimnastika üzrə üçqat gənclər arasında dünya çempionu olan Lalə Kramarenko 2026-cı il Rusiya çempionatında çoxnövçülük yarışlarına vəsiqə qazana bilməyib. İlkin mərhələdə o, 99.150 xal toplayaraq yalnız 20-ci yeri tutub.

Lalə Kramarenko Bakının “Neftçi” klubunun əfsanəvi qapıçısı Sergey Kramarenkonun nəvəsi, tanınmış bakılı qolkiper Dmitri Kramarenkonun qızıdır.

İdman.Biz
Seçilən
17
1
idman.biz

2Mənbələr