İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi vəzifəsinə yeni təyinat regionda diqqətləri yenidən Tehranın üzərinə çəkib. ABŞ və İsrailin son hava zərbələri dalğasından sağ çıxan nadir İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandirlərindən biri olan Məhəmməd Baqir Zolqədər bu mühüm posta gətirilib. O, martın əvvəlində həlak olan Əli Laricanini əvəz edib.
NOCOMMENT.az xəbər verir ki, yeni katibin oğlu Əlirza Zolqədərin Avropadakı fəaliyyəti hazırda xarici medianın və müxalif mənbələrin əsas müzakirə mövzusuna çevrilib. Artıq 12 ildən çoxdur Avstriyanın paytaxtı Vyana şəhərində məskunlaşan Əlirza Zolqədərin burada genişşaxəli biznes şəbəkəsi qurduğu bildirilir. İrandakı sərt rejim fonunda onun Vyanada yerli “Eety” operatorunun sim-kartlarının satışı, şou-biznes layihələri və konsertlərin təşkili ilə məşğul olması maraq doğurur. Bundan başqa, kiçik Zolqədərin zərgərlik sahəsində də fəallıq göstərdiyi, xüsusilə Avstriyaya qızıl ixracı ilə bağlı mühüm ticarət əməliyyatlarına rəhbərlik etdiyi qeyd olunur.


Sara,
NOCOMMENT.az