AZ

İran ABŞ ilə danışıqları Venslə aparmağa üstünlük verir

İran ABŞ ilə danışıqları Venslə aparmağa üstünlük verir

ABŞ və İsrailin İrana qarşı başlatdığı və qarşılıqlı hücumlarla davam edən regional gərginlik fonunda Tehranın diplomatik prosesi ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və ya kürəkəni Cared Kuşner əvəzinə vitse-prezident Ceyms Devid Vens ilə yürütmək istədiyi irəli sürülüb.

AFN.az xəbər verir ki, "CNN" telekanalının iki regional mənbəyə istinadən yaydığı məlumatda İran tərəfinin Tramp administrasiyasından yalnız müəyyən şəxslərlə görüşmək istəyi vurğulanıb. Mənbələr iddia edir ki, Vitkoff, Kuşner və dövlət katibi Marko Rubionun əksinə, Vens müharibəni dayandırmaq məsələsində daha müsbət tərəfdə duran şəxs kimi görünür.

Mənbələrdən biri qeyd edib ki, administrasiya kimi göndərməyə qərar verərsə, iranlılar onunla razılaşmalı olacaqlar, lakin bu, onların öz seçimlərinin olmadığı mənasına gəlmir. Onun münaqişəni bitirmək mövzusunda qərarlı olduğu barədə ümumi bir qənaət mövcuddur.

Ağ Evin mətbuat katibi Karolin Livitt isə mövzu ilə bağlı açıqlamasında ABŞ-ı danışıqlarda kimin təmsil edəcəyinə yalnız Trampın qərar verəcəyini xatırladıb. Livitt əlavə edib ki, vitse-prezident Vens, nazir Rubio, xüsusi nümayəndə Vitkoff və cənab Kuşnerin hər biri bu prosesə cəlb olunacaq.

Seçilən
23
afn.az

1Mənbələr