“Kəşfiyyat məlumatına görə, düşmənlərimiz regiondakı ölkələrdən birinin dəstəyi ilə İrana məxsus adalardan birini ələ keçirməyə hazırlaşırlar”.
Oxu.Az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” platformasında yazıb.
“Düşmənin bütün hərəkətləri qüvvələrimiz tərəfindən nəzarətdə saxlanılır. Əgər onlar öz planlarını həyata keçirməyə cəhd göstərsələr, onların müttəfiqinin bütün kritik infrastrukturu fasiləsiz hücumların hədəfinə çevriləcək” , – deyə o, paylaşımında vurğulayıb.