AZ

İsrail İranın qanadlı raket istehsalı müəssisələrini vurdu

İsrail İranın qanadlı raket istehsalı müəssisələrini vurdu

İsrail ordusu İranın paytaxtı Tehranda dənizdən atılan qanadlı raketlərin istehsal edildiyi iki əsas mərkəzi hədəf aldığını irəli sürüb.

AFN.az xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adraeenin sosial media hesabından verdiyi açıqlamaya görə, İran Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən qanadlı raket istehsalı müəssisələrinə zərbələr endirilib.

Tehranda yerləşən bu iki mərkəzin həm dəniz, həm də quru hədəflərini sürətlə məhv edə bilən uzaqmənzilli dəniz qanadlı raketlərinin hazırlanması və istehsalı üçün istifadə edildiyi iddia olunur.

Açıqlamada həmçinin qeyd edilib ki, həyata keçirilən hücum nəticəsində sözügedən raket sistemlərinə və istehsal infrastrukturuna genişmiqyaslı ziyan dəyib.

Seçilən
24
afn.az

1Mənbələr