AZ

İran parlamentinin sədri: ABŞ-ın bölgədəki hərəkətlərini və əsgər yerləşdirməsini yaxından izləyirik

İran parlamentinin sədri: ABŞ-ın bölgədəki hərəkətlərini və əsgər yerləşdirməsini yaxından izləyirik

İran İslam Məsləhət Şurasının (Parlament) sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın regiondakı hərbi fəallığını və əlavə qüvvə yerləşdirmə planlarını diqqətdə saxladıqlarını bildirərək, Vaşinqtona sərt xəbərdarlıq edib.

AFN.az xəbər verir ki, Qalibaf "X" sosial media hesabında paylaşdığı mesajda "Torpaqlarımızı müdafiə etmək qətiyyətimizi sınamayın" ifadəsini işlədib.

Qalibaf bildirib ki, İran tərəfi ABŞ-ın bölgədəki bütün hərbi manevrlərini, xüsusən də əsgər transferlərini anbaan təqib edir. Parlamentin sədri qeyd edib ki, qərar verici generalların korladığı vəziyyəti sıravi əsgərlər düzəldə bilməz, əksinə, gələn hərbçilər Netanyahu administrasiyasının xəyallarının qurbanı olacaqlar.

Spiker İranın öz ərazi bütövlüyünü qorumaq üçün hər cür ssenariyə hazır olduğunu da vurğulayıb. Bu bəyanat ABŞ-ın bölgəyə minlərlə əlavə əsgər göndərmək planına Tehranın ilk yüksək səviyyəli reaksiyalarından biri kimi qiymətləndirilir.

Seçilən
35
afn.az

1Mənbələr