AZ

İran Hərbi Dəniz Qüvvələrinin komandanı: ABŞ-ın 'Linkoln' gəmisi raket mənzilinə daxil olduqda vurulacaq

İran Hərbi Dəniz Qüvvələrinin komandanı: ABŞ-ın 'Linkoln' gəmisi raket mənzilinə daxil olduqda vurulacaq

İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İrani ABŞ-ın bölgədə yerləşdirdiyi "USS Abraham Lincoln" aviadaşıyıcısının daimi nəzarət altında olduğunu və İranın raket mənzilinə daxil olacağı təqdirdə hədəfə alınacağını bəyan edib.

AFN.az xəbər verir ki, İranın yarı-rəsmi "Tasnim" xəbər agentliyinə istinadən yayılan məlumatda generalın ABŞ donanmasına qarşı sərt xəbərdarlığı yer alıb.

Kontr-admiral İrani bildirib ki, düşmən hesab etdikləri "Abraham Lincoln" flotiliyasının hər bir hərəkəti və fəaliyyəti İran tərəfindən anbaan izlənilir. Admiral vurğulayıb ki, gəmi raket sistemlərinin mənzilinə daxil olan kimi İran donanması tərəfindən əzici hücumların hədəfi olacaq.

Xatırladaq ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah sözçüsü briqada generalı Əbülfəzl Şikarçi martın 14-də sözügedən aviadaşıyıcının artıq bir dəfə hədəf alındığını və hücumdan sonra əməliyyat mənzilindən uzaqlaşdığını iddia etmişdi.

ABŞ ordusu isə rəsmi açıqlamasında İran tərəfinin "Abraham Lincoln" gəmisinə hücum edilməsi ilə bağlı iddialarını qəti şəkildə təkzib edərək, bu məlumatların həqiqəti əks etdirmədiyini bildirmişdi. Vaşinqton bölgədəki varlığının naviqasiya azadlığını təmin etmək məqsədi daşıdığını vurğulayır.

Seçilən
34
afn.az

1Mənbələr