“Barselona” “Yuventus”un sol cinah müdafiəçisi Andrea Kambiasoya maraq göstərir.
Publika.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Mənbənin məlumatına görə, Turin klubunun baş məşqçisi Luçano Spalletti 26 yaşlı futbolçunu əsas oyunçu hesab edir. İtaliya nəhəngi Kambiasonun transferini 50 milyon avro dəyərində qiymətləndirir və bundan aşağı təklifləri nəzərdən keçirməyəcək.
Bu mövsüm müdafiəçi bütün yarışlarda 39 oyunda meydana çıxıb, üç qol vurub və dörd məhsuldar ötürmə edib. Onun müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 30 milyon avrodur.