AZ

Ötən il təbii fəlakətlər Fransaya 5,2 milyard avro ziyan vurub

Fransaya 2025-ci ildə təbii fəlakətlərdən dəyən ziyan 5,2 milyard avro olaraq qiymətləndirilir.

"Report"un Fransa sığortaçıları assosiasiyası "France Assureurs"a istinadən verdiyi məlumata görə, ölkənin itkilərinin əhəmiyyətli bir hissəsi dolu ilə bağlıdır.

Məlumatlara görə, dolu ümumi ziyanın 43%-ni təşkil edib. Belə ki, 2025-ci ildə belə yağıntılar ümumilikdə 105 gündə qeydə alınıb.

Bundan əlavə, Nils və Pedro fırtınalarından dəyən ziyan 1,1 milyard avro olaraq qiymətləndirilir.

Seçilən
31
far.az

1Mənbələr