AZ

İran Livansız atəşkəsə razı olmayacaq

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran bildirib ki, Livan ABŞ və İsrail ilə imzalanan istənilən atəşkəs razılaşmasına daxil edilməlidir.

"Report"un məlumatına görə, İranın mövqeyi ilə tanış olan altı regional mənbə bunu "Reuters" agentliyinə bildirib.

Qeyd olunur ki, İran televiziya kanalı "Press TV" İran rəsmisinə istinadən bildirib ki, Tehran ABŞ ilə razılaşmanın həm İrana, həm də bölgədəki digər "müqavimət qruplarına" qarşı müharibənin sona çatmasını təmin etməsini istəyir.

Bu arada, İranın yüksək vəzifəli rəsmisi "Reuters" agentliyinə bildirib ki, Tehran hələ də təxminən bir aydır davam edən regional müharibəyə son qoymaq üçün ABŞ-ın təklifini nəzərdən keçirir və bu da Tehranın hələ də onu qəti şəkildə rədd etmədiyini göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
sherg.az

2Mənbələr