ain.az, Demokrat.az saytına istinadən bildirir.
Bir çox insan yuxudan oyanan kimi ilk iş olaraq bir fincan kofeyə üz tutur. Lakin əvvəlcə bir stəkan su içmədən qəbul edilən kofein bədəndəki maye balansını pozaraq baş ağrısı və halsızlığa yol aça bilir. "Daily Mirror" nəşrinə danışan əczaçı Rocina Şams Nateri bildirir ki, bu vərdiş orqanizmin təbii oyanma mexanizmini də sıradan çıxarır.Həkimin sözlərinə görə, səhər saatlarında bədəndə kortizol hormonunun səviyyəsi təbii olaraq artır ki, bu da insanın yuxudan ayılmasına kömək edir. Bu anda qəbul edilən kofein isə hormonların işinə müdaxilə edərək prosesi pozur. Nateri məsləhət görür ki, su balansını bərpa etdikdən ən azı 60-90 dəqiqə sonra kofe içmək lazımdır. Bu müddət ərzində hormonal sistem sabitləşir və kofein daha müsbət təsir göstərir.Səhər əhvalına təsir edən digər amillər arasında şirin qidalarla səhər yeməyi və acqarına idman etmək də var. Şəkərli qidalar qanda qlükoza səviyyəsinin kəskin dalğalanmasına, ağır məşqlər isə bədəndə stress reaksiyasının güclənməsinə səbəb olur. Bundan əlavə, oyanan kimi sosial şəbəkələri yoxlamaq beyni erkən yorur. Daha gümrah hiss etmək üçün günə tələsmədən, sakit ritmlə başlamaq tövsiyə edilir.İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.