AZ

Banqladeşdə avtobus çaya düşüb, 18 nəfər ölüb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 mart, AZƏRTAC

Mərkəzi Banqladeşdə avtobusun Padma çayına düşməsi nəticəsində 18 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə "Sinxua" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, sərnişinləri daşıyan avtobus pontonda bərəyə minmək üçün gözləyərkən çaya düşüb.

Gəmidə təxminən 40 nəfər olub, 11 sərnişin sahilə təkbaşına çatmağı bacarıb.

Xilasedicilər qəzadan altı saat sonra avtobusu çay yatağından çıxarıblar. On səkkiz nəfərin meyiti tapılıb, bir neçə sərnişin itkin düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
7
azertag.az

8Mənbələr