Çin ilk dəfə olaraq tək bir operatora 96 dronu idarə etməyə imkan verən "Atlas" mobil dron döyüş sistemini nümayiş etdirib.
Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, yeni silah sistemi haqqında reportaj Çin Mərkəzi Televiziyası (CCTV) tərəfindən nümayiş etdirilib.
Süjetdə bildirilir ki, yeni sistem "Roy-2" buraxılış qurğusu olan döyüş maşınından, istiqamətləndirmə və idarəetmə, eyni zamanda texniki dəstək maşınından ibarətdir.
Məlumata görə, "Roy-2" buraxılış qurğusu dronları üç saniyəlik fasilələrlə buraxır ki, bu da onların havada təhlükəsiz məsafəsini təmin edir. Belə ki, əvvəlcə kəşfiyyat dronları, daha sonra isə hücum dronları buraxılır.
Bundan əlavə, PUA-lar bir-biri ilə məlumat mübadiləsi aparır və hamısı vahid formalaşmanı təmin etmək üçün real vaxt rejimində mövqelərini tənzimləyə bilirlər.