AZ

Xərçəngə tutulmamaq üçün bu 3 duru yağ növündən uzaq durun

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Mətbəxdə ən çox istifadə olunan günəbaxan, qarğıdalı və soya yağları ilə bağlı yeni araşdırma müzakirə yaradıb. ABŞ-li alimlərin laboratoriya və heyvan üzərində apardıqları təcrübələr göstərir ki, bu yağlarda geniş yayılmış linoleik turşu bəzi hallarda xərçəng hüceyrələrinin inkişafını sürətləndirə bilər.Araşdırmada qeyd olunur ki, linoleik turşu orqanizmdə FABP5 adlı zülalla birləşərək mTORC1 siqnal yolunu aktivləşdirir. Bu proses hüceyrələrin çoxalmasını artırır. Xüsusilə aqressiv sayılan və müalicəsi çətin olan üçqat mənfi döş xərçəngi hallarında bu təsir daha aydın müşahidə edilib. Bəzi insan üzərində aparılan müşahidələrdə də yüksək linoleik turşu və FABP5 səviyyəsi ilə xərçəng arasında əlaqəyə rast gəlinib.Bununla belə, alimlər nəticələrin birbaşa gündəlik qidalanmaya tətbiq edilməsinin düzgün olmadığını vurğulayır. Bildirilir ki, təcrübələr əsasən laboratoriya şəraitində və heyvanlar üzərində aparılıb. İnsanların real qida rasionunda isə vəziyyət fərqli olur. İnsanlar üzərində aparılan araşdırmalar linoleik turşu ilə döş xərçəngi arasında sabit əlaqə aşkarlamayb, bəzi hallarda isə əksinə, qoruyucu təsirin mümkünlüyü qeyd olunur.Məsələnin əsas tərəfi yağların özündən çox qidalanma balansı ilə bağlıdır. Müasir dövrdə emal olunmuş qidalar və sürətli qidalanma vərdişləri nəticəsində orqanizmə omega-6 yağ turşuları daha çox daxil olur, omega-3 isə kifayət qədər qəbul edilmir. Bu balanssızlıq isə xroniki iltihab fonunda müxtəlif xəstəliklərin, o cümlədən xərçəng riskinin artmasına zəmin yarada bilər.Ekspertlər gündəlik qidalanmada zeytun yağına üstünlük verilməsini, digər bitki yağlarından isə ölçülü istifadəni tövsiyə edir. Həmçinin yeməklərin həddindən artıq qızdırılmaması, balıq və qoz-fındıq kimi omega-3 mənbələrinin artırılması, dərin qızartmalardan uzaq durulması vacib hesab olunur. Hazır məhsulların tərkibinə diqqət yetirmək də tövsiyələr sırasındadır.Mövzu ətrafında müzakirələr davam edir, amma ortaq mövqe dəyişmir. Yəni, əsas məsələ düzgün və balanslı qidalanmadır.İsmayıl

Demokrat.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
demokrat.az

1Mənbələr